"Əlvida, oğlum" - Tatlısəsin ağır günü - FOTO

19 May 2019 18:52

Türk müğənnisi İbrahim Tatlıses İnstaqram hesabında itinin ölüm xəbərini paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ən sadiq dostunu itirdiyini deyən müğənni göz yaşlarına boğulub.

"Dostumu itirdim. Ən sadiq, ən duyğusal dostumu. Birlikdə keçirdiyimiz 12 il, dostluğun, qarşılıqsız sevgin üçün təşəkkür edirəm. Əlvida, oğlum", - Tatlısəs yazıb.

Milli.Az