Hər ay dünyada bir xalqın dili məhv olur

19 May 2019 13:54

Bunu RİA Novosti agentliyinə açıqlamasında UNESCO-nun şöbə müdiri Boyan Radoykov deyib. 

O bildirib ki, bəzən hətta bir həftə ardıcılığı ilə dünyada hansısa xalqın dili sıradan çıxır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Radoykovun sözlərinə görə, UNESCO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin siyasını tərtib edib. 

Məlum olub ki, hazırda dünyada 5-6 min köklü dil var. UNESCO mütəxəssisləri hesab edir ki, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq. 

Qeyd edək ki, BMT Baş Assambleyası 2019-cu ili Xalqların dilləri ili elan edib.

Milli.Az