Bakıda qadını motosiklet vurdu

19 May 2019 12:50

Bakının Suraxanı rayonunda piyada yol qəzasında xəsarət alıb.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, Hövsan qəsəbəsində 39 yaşlı Cəbrayılova Gülşən Tofiq qızını motosiklet vurub.

Yarali xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Suraxanı RPİ araşdırma aparır.

Milli.Az