PSJ, "Yuventus" və "Tottenhem" arasında mübarizə

19 May 2019 11:43

"Lion"un yarımmüdafiəçisi Tanqi Ndombele yay transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, PSJ, "Yuventus" və "Tottenhem" 22 yaşlı fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Həm PSJ rəhbərliyi, həm də baş məşqçi Tomas Tuxel klubun Tanqi ilə maraqlandığını təsdiqləyib.

Eyni zamanda, futbolçunun meneceri ilə danışıqlar aparan "Tottenhem" və "Yuventus" rəsmi təklif göndərməyə hazırlaşır.

Buna baxmayaraq, futbolçunun transferi üçün danışıqlara başlamayan "Lion", onun keçidindən azı 100 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Ndombele bu mövsüm "aslanlar"ın heyətində keçirdiyi 47 oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az