İranda qum fırtınası başlayıb

19 May 2019 10:20

İranın Yəzd vilayətində baş verən qum fırtınası səbəbindən orta məktəblərin şagirdləri təxliyə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şənbə günü səhər saatlarında Yəzd vilayətində qum fırtınası başlayıb. Güclü külək Məncab səhrasının qumunu sovuraraq vilayətin şəhər və qəsəbələrinə gətirib.

İranın Hava Proqnozu Mərkəzi insanlara küçəyə çıxmamağı məsləhət görüb. Fırtına hələ də davam edir.

Milli.Az