Türkiyədə hərbi xidmət müddəti azaldılacaq

19 May 2019 10:04

Yaxın günlərdə Türkiyə parlamentində yeni hərbi xidmət sistemi ilə bağlı qanun layihəsi müzakirə ediləcək. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, qanun layihəsində həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur. 

Altı aydan artıq xidmət etmək istəyən əsgərlərə isə maaş ödəniləcək. 

Qeyd olunur ki, ödənişli hərbi xidmətin məbləğinin müəyyənləşdirilməsi məsələsi ölkə prezidentinin səlahiyyətində olacaq. 

Milli.Az