Bu gün Azərbaycan Kubokunun finalıdır

19 May 2019 09:58

Bu gün Azərbaycan Kubokunun final oyunu baş tutacaq.

Milli.Az xəbər verir ki, həlledici qarşılaşmada "Qəbələ" və "Sumqayıt" üz-üzə gələcək.

Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Bu final "Qəbələ" üçün ardıcıl 3-cü, ümumilikdə 4-cü final olacaq. Əyalət təmsilçisi indiyə qədər kuboku qazana bilməyib.

"Sumqayıt" üçün isə ilk finaldır.

Azərbaycan Kuboku Final

16:30. "Qəbələ" - "Sumqayıt"

Milli.Az