Türkiyə İraqda PKK-nın mövqelərini bombaladı

19 May 2019 09:53

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Metina rayonuna endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Milli.Az