“Eurovision”da qalmaqal

19 May 2019 01:31

Hazırda finalı baş tutan "Eurovision" mahnı müsabiqəsində qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Avropa Yayım İttifaqı Belarus jürisini yarışmadan qovduğunu açıqlayıb:

"Belarus jürisi mediaya açıqlamasında hansı ölkəyə neçə xal verdiklərini açıqlayıblar. Bu isə yarışmanın qanunları ilə üst-üstə düşmür. Ona görə də Belarusiyanın münsiflər heyəti finalda olmayacaq. Onların xalları kimə verməsi isə sms səsverməsinə görə bəlli olacaq".

Qeyd edək ki, Belarusu müsabiqədə "Like it" mahnısı ilə Zena təmsil edir.

Milli.Az