Azərbaycan OPEK+ razılaşmasının uzadılmasını vacib hesab edir

18 May 2019 22:18

Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşma öz effektivliyini sübut edib və iyun ayından sonra uzadılmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə deyib.

P.Şahbazov bildirib: "Razılaşmanın uzadılması haqqında suala cavab verərək, hesab edirəm ki, bəli".

Nazir əlavə edib: "İki il ərzində əməkdaşlıq öz əsaslılığını sübüt edib və nəticələr bü gün göz qabağındadır. Mən düşünürəm ki, bu əməkdaşlıq uzadılmalıdır".

Milli.Az