Bu il 15 rayonda pambıq əkilib

18 May 2019 17:12

Bu il 15 rayonda pambıq əkilib.

"Azərpambıq ASK" MMC-dən Trend-ə verilən məlumata görə, 2019-cu təsərrüfat ili mövsümündə 15 rayonda 29001 hektarda pambıq əkilməsi MMC tərəfindən qarşıya məqsəd qoyulub.

Bu günə qədər şum, arat, mala işləri görülüb, səpin kampaniyası başa çatdırılıb.

Hazırda sahələrdə çıxış alınıb və müvafiq becərmə işlərinə başlanılıb.

Məqsəd pambıqçılığın inkişafına məhsuldarlığın artırılması yolu ilə nail olmaqdan ibarətdir.

Milli.Az