Vidadi Bərdəlinin xanımının vəziyyəti ağırdır

18 May 2019 13:34

Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşının vəziyyəti ağırdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçı Aytac Vidadiqızı (Bərdəli) məlumat verib.

O, sosial şəbəkədə anasının xəstəxanada olduğunu qeyd edib: "Anam ağır əməliyyat olunur. Həyatı risk atlındadır. Allahıma yalvarıram, hər kəs dua etsin".

Milli.Az