Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar, yaralananlar var

19 May 2019 08:17

Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

Onun sözlərinə görə, silahlıların yaşayış məntəqələrini atəşə tutması nəticəsində Suriya ordusunun 3 hərbçisi yaralanıb: "Silahlılar sutka ərzində Latakiya əyalətinin Darh-Əbu-Əsəd (iki dəfə), Royset-Ruşu (iki dəfə), Sərəf, Mükəttəl Nahşeba, Cubb-Əz-Zərur, Safsafa, Sanceka, Cubb-Əl-Mhara, Kalat-Marza, Hama əyalətinin isə Karkad yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə Suriya ordusunun 3 hərbçisi yaralanıb".

Milli.Az