Apple ağıllı balış patentləşdirib

21 May 2019 23:55

Balış insan yatarkən onun fiziki sağlamlığı haqda məlunmatları toplamaqla məşğul olacaq.

"Deyerler.org"un " nanonewsnet.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, şirkət xəstəxanalarda belə bir qurğudan istifadə olunmasını təklif edir. Yığılmış məlumatları prosessora ötürərək, tibbi normalara uyğun olaraq, fiziki durum haqqında nəticələr əldə edəcək.

Proqram problemlə üzləşdiyi halda həyəcan siqnalı çalaraq, bu barədə tibbi heyəti məlumatlandıracaq. Ötən il, Apple şirkəti yuxunu nəzarətdə saxlayan "Beddit" qurğusunu əldə etmişdir. Qurğu yuxu zamanı döşəyin üzərində yerləşərək, insanın yuxu aktivliyinin nəbzini nəzarətdə saxlaya bilir.

Ola bilsin ki, şirkət yuxu nəzarətçisini təkmilləşdirərək, elektrokardioqramı ölçə bilən Apple "Watch" saatına analoji olaraq funksiyalarını artırmış olacaq.

Milli.Az