41 nəfərin ölümünə səbəb olan dəhşətli təyyarə qəzasının YENİ VİDEOSU

19 May 2019 05:30

Rusiyanın paytaxtı Moskva şəhərindəki hava limanına təcili eniş edən zaman quyruq hissəsi yerə çırpıldıqdan sonra alovlanan təyyarə qəzasının yeni görüntüləri üzə çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, faciə nəticəsində 41 sərnişin həlak olmuşdu.

Hadisə Şeremetyevo hava limanında meydana gəlib. 78 nəfərlik "SSJ-100" təyyarəsi Moskva-Murmansk səfərini həyata keçirdiyi zaman təcili eniş etməli olub. Pistə enən təyyarənin quyruğu yerə dəyib və alovlanıb. Qəza nəticəsində 41 nəfər həlak olub.

Milli.Az