İstanbuldakı Ayasofya məscidinin sirləri - VİDEO - FOTO

19 May 2019 19:45

İstanbula səfər edən hər bir turist mütləq Ayasofya məscidinə baş çəkir. Bu bina əvvəllər kilsə kimi fəaliyyət göstərsə də, İstanbulun fəthindən sonra məscidə çevrilib. Hazırda Ayasofya muzey kimi fəaliyyət göstərir və özündə İslam dini ilə xristianlığın üslubunu birləşdirir.

Milli.Az ölkə.az-a istinadən Ayasofya məbədi barədə müəyyən maraqlı faktları oxuculara çatdırır.

Müqəddəs Sofiya kilsəsi İstanbulda VI əsrdə inşa edilib. Bir memarlıq incisi olan kilsə mərmərdən inşa edilib. Bu gün isə belə sənət əsərləri inşa edilmir.

Əfsanəyə görə, imperator Yustinian bu məbədin maketini mələkdən alıb. Ufoloqlar isə yadplanetlilərdən kömək aldığını iddia edir.

Məbəddəki bəzi mistik möcüzələri məntiq və elmi izahla başa salmaq mümkün deyil. Məsələn, turistlərin "müqəddəs daş" adlandırdığı mərmər plitə səhərlər gün işığını udur, axşam isə əks etdirir.

Bundan başqa məbəddə "ağlayan sütun" var və bu sütun mislə örtülüb. Onun üzərində kiçik deşik var və bura barmaq salmaq olar. Turistlər bura barmağını salıb dilək tuturlar. Eyni zamanda deyilənə görə, bu sütun xəstələrə də şəfa verir.

Bundan başqa Ayasofyada "soyuq pəncərə" də var. Hətta ən isti gündə də buradan soyuq hava gəlir. Elə bil ki, kondisioner işləyir.

Bundan başqa, məbəddə olan dərinlikdən sirli səslər gəlir. Əfsanəyə əsasən, türklər İstanbula girəndə bir keşiş məbəddə dua edirmiş. Divar aralanır və keşiş bu yarığa girir. Guya keşiş orada qalıb və bu gün də dua edir...

Milli.Az