"Facebook"-da nasazlıq yaranıb

18 May 2019 07:05

"Facebook" sosial şəbəkəsində nasazlıq dünyanın bir çox ölkələrində müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Facebook"-da problemlər ABŞ-ın Şimal sahilindəki vaxtı ilə saat 11:16-dan müşahidə olunur.

"Facebook" sosial şəbəkəsindəki nasazlıq ilə bağlı daha çox ABŞ, Meksika və İndiyada şikayət ediblər.

Həmin problemlər, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya və İtaliyada da olub.

Milli.Az