Tez-tez sidiyə getmək, ağızda quruluq: Bu əlamətlər varsa...

25 May 2019 21:45

Dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri şəkərli diabetdir. Çox zaman gizli inkişaf edən diabetə ildən-ilə daha geniş rast gəlinir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, problem hətta uşaqlarda, yeniyetmələrdə ciddi fəsadlara səbəb olur. Həkimlərə görə, əslində şəkəri vaxtında aşkarlamaq və fəsadlarının qarşısını almaq olar. Bunun üçün bu əlamətlərə diqqət etmək lazımdır:

Tez-tez sidiyə getmə və sidik qaçırma

Həddən artıq susama

Ağızda quruluq

Normal qidalanma olduğu halda sürətlə arıqlama

Halsızlıq

Diqqəti cəmləyə bilməmək

Gün ərzində yuxulu olmaq

Bundan başqa, şəkərin yaranmaması, risklərdən uzaq olmaq üçün normal səhər yeməyi yemək, qidalanma porsiyalarını azaltmaq, gün ərzində çoxlu tərəvəz, taxıl məhsulları qəbul etmək, bol su içmək tövsiyə edilir.

Milli.Az