İmtahanda maksimum balı yığdılar - "Gözləmirdim, şokdayam..."

17 May 2019 22:49

XI sinif şagirdləri üçün aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Milli.Az xəbər verir ki, imtahanda Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin iki şagirdi ən yüksək balı yığıb. 

11-ci sinif şagirdləri Surxay Hasilov və Rəşad Alpaşayev onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum 300 balı toplayıblar. 

"İmtahanda bu nəticəni göstərəciyimi gözləmirdim. Hazırda şokdayam" deyə şagird Surxay Hasilov azedu.az-a açıqlamasında deyib.

Rəşad Alpaşayev isə imtahandan çıxanda maksimum bal toplayacağını düşünmədiyini, çünki binadan xoş hisslərlə ayrılmadığını qeyd edib. 

Milli.Az