24 yaşlı oğlan sirkə turşusu içib

17 May 2019 22:44

Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.

Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.

M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az