Afaq Aslan vergi borcundan danışdı - Böyük bir məbləğ...

17 May 2019 19:39

Müğənni Afaq Aslanın vergi borcunu ödəməməsi və ölkədən çıxışına qadağa qoyuması xəbəri gündəmi zəbt edib.

Milli.Az xəbər verir ki. Metbuat.az məsələ ilə bağlı Afaq Aslanla əlaqə saxlayıb və söz-söhbətlərin doğru olub-olmamasını soruşub.

Müğənni açıqlamasında bildirib ki, xəbərin mediaya kim tərəfildən sızdırılması ilə bağlı məlumatı yoxdur:

"Hadisə 1 həftə əvvəl baş verib. Dubayda istirahətdə olarkən vergidən mənə zəng gəldi və səfər uzandığı üçün ödəniş edə bilmədim. Böyük bir məbləğ deyildi. Sadəcə olaraq xəbərdarlıq olundu və mən qayıdan kimi həmin məbləği ödədim. Hazırda heç bir qadağam yoxdur".

Milli.Az