1 terabaytlıq ilk microSD satılacaq

18 May 2019 08:01

Məlumatların saxlanılması üçün qurğuların istehsalı üzrə ixtisaslaşmış "SanDisk" şirkəti dünyada 1 terabaytlıq (TB) ilk "microSD" yaddaş kartının satışına başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalçının məlumatına görə, yeni yaddaş kartında məlumatların oxunma sürəti 160 MB/s, yazma sürəti isə 90 MB/s təşkil edir.

1 TB-lıq "microSD" yaddaş kartının qiyməti 450 dollar təşkil edir.

Milli.Az