2011-ci ildən sonra çıxarılmış bütün "Intel" prosessorlarında "ZombieLoad" adlı boşluq tapılıb. Sözügedən boşluqdan istifadəçilərin məlumatını oğurlamaq üçün istifadə etmək mümkündür. "Intel" rəhbərliyi bu məlumatı təsdiq edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hücum "Intel" çipinin mikrokodunda aşkar edilmiş 4 səhvin köməyi ilə həyata keçirilir. Boşluq 2018-ci ildə aşkar edilmiş "Meltdown" və "Spectre"i xatırladır.
"ZombieLoad hücumu məxfi məlumatları və açarları oğurlamağa imkan verir" - boşluğu aşkar etmiş tədqiqatçılar yazırlar. Bu, istifadəçinin fərdi məlumatları (brauzerin tarixçəsi, veb-saytların tərkibi, parollar), həm də sistem məlumatları (diskin şifrlənmə açarları) ola bilər.
"Apple", "Microsoft" və "Google" şirkətləri artıq bu boşluğu aradan qaldıran yeniləmələr çıxarıblar.
Milli.Az