Televiziya bazarında gəlir 1,66 trilyon dollara yaxınlaşacaq

18 May 2019 07:21

"IDC" tədqiqat şirkətinin məlumatına görə, 2018-ci ildə qlobal telekommunikasiya xidmətləri və pullu televiziya bazarının həcmi 0.8% artaraq 1,62 trilyon dollar təşkil edib. Ekspertlərin proqnozuna görə, 2023-cü ildə bu göstərici 1,66 trilyon dollara yaxınlaşacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2018-ci ildə telekommunikasiya xidmətləri və ödənişli televiziya bazarında ümumi gəlirin təxminən 53%-i mobil seqmentin payına düşüb. "IDC"-nin qiymətləndirməsinə görə, 2019-dan 2023-cü ilədək bu istiqamətdə orta hesabla 1,4% artım gözlənilir. Artım mobil internet və "IoT" xidmətləri sayəsində təmin ediləcək ki, bu da ənənəvi səsli rabitə və mesajların göndərilməsi üçün xərclərin azalmasını kompensasiya edir.

Stasionar rabitə seqmenti, xüsusilə genişzolaqlı internetə çıxış dünyanın əksər regionlarında populyarlaşmağa davam edir.

Yaxın 5 ildə kabel, peyk, IP və yerüstü rəqəmli televiziya xidmətlərini əhatə edən ödənişli televiziya bazarında xüsusi artım gözlənilmir.

Milli.Az