"Restoranda nəsə verdilər, səsim batdı" - Könül Xasıyeva

17 May 2019 17:59

Xalq artisti Könül Xasıyeva 6 il əvvəl başına gələn hadisəni bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə "Hər şey daxil" verilişində onun dərmanla səsini batırmağa çalışdıqlarını deyib:

"2013-cü ildə bir restorana getmişdim. Xanəndə kimi qonaq dəvət olunmuşdum. Orada mənə nəsə verdilər. Məkanın adını çəkməyəcəm. Yemək yemədim, sadəcə, çay içdim. Gəldim evə səsim dəyişdi. Bir il oxuya bilmədim, səsim batdı".

Milli.Az