Avtomobillə "Vayxır" gölünə düşən ər-arvadın meyitləri tapıldı

17 May 2019 15:24

Şahbuz şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Mayın 16-da saat 5 radələrində Şahbuz şəhərinin ərazisində Şahbuzkənd kənd sakini Həsən Abbasov idarə etidiyi "Saipa" markalı avtomobili "Vayxır" gölünə aşırıb. Nəticədə sürücü və sərnişini olan arvadı Ruhiyyə suda boğularaq ölüblər.

Onların meyitləri sudan çıxarılıb.

Naxçıvan DYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az