Bu da Anar Mədətovun ailəsini dağıtdığı dediyi qaynı Bəxtiyar - FOTO

17 May 2019 13:44

Xəbər verdiyimiz kimi, həyat yoldaşı Elnurədən qalmaqallı şəkildən ayrılan prodüser Anar Mədətov ailəsinin dağılmasında qaynı Bəxtiyar Ağayevi günahlandırmışdı.

Milli.Az big.az-a istinadla xəbər verir ki, prodüserin futbolçu oğlu Mahir Mədətovun dayısı Bəxtiyarla fotosu yayılıb. O fotoya, "Gülərkən həyat daha gözəldir" deyə şərh bildirib. Onun bu fotosu izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, "Qarabağ"ın və milli komandanın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb. Futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı "Əmrəli", ata adı isə "Mahir" olaraq qeyd olunub.

Milli.Az