İstanbul səhəri əməliyyatla açdı - 48 hərbçi tutuldu

17 May 2019 11:44

İstanbulda FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha bir əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat çərçivəsində 48 hərbçi saxlanılıb.

Saxlanılanlardan 10 nəfərin istefada olan zabit olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur. 

Milli.Az