Kaliforniyada "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb

17 May 2019 08:33

ABŞ-ın Kaliforniya ştatında Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında "F16" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şerifin ofisi bildirib ki, təyyarə binaya çırpılıb: "Təyyarə binaya çırpılıb, pilot katapult edib, onu xəstəxanaya təxliyə edirlər".

Pilotun vəziyyəti və qəzanın səbəbi barədə məlumat verilmir.

Milli.Az