Dubay hava limanında təyyarə qəzaya uğrayıb, ÖLƏNLƏR VAR

17 May 2019 08:16

Dubay şəhərinin hava limanında Böyük Britaniyada qeydə alınmış təkmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 nəfər həlak olub.

Onlardan 3-nün britaniyalı, birinin isə Cənubi Afrikadan olduğu bildirilir.

İlkin məlumata əsasən, qəzaya səbəb texniki nasazlıq olub. Qəza ilə bağlı araşdırma başlanılıb.

Milli.Az