Astarada üçmərtəbəli evdə yanğın olub

16 May 2019 23:57

Astarada yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Kijəbə qəsəbəsində ümumi sahəsi 900 m² olan üçmərtəbəli evin üçüncü mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az