Qarabağ separatçıları Köçəryan üçün məhkəməyə girov təklif etdilər - 1 milyon dram

16 May 2019 23:59

Qarabağdakı separatçı qurumun keçmiş və indiki rəhbərliyi Ermənistanın eks-prezidenti Robert Köçəryanı həbsdən azad etmək üçün cəhdlərini davam etdirir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Arkadiy Qukasyan və Bako Saakyan Köçəryan barədə həb qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə 1 milyon erməni dramı girov təqdim ediblər. Qarabağ klanının başçısını həbsdən azad etmək istəyən separatçıların hərəsi 500 min dram pul qoyub.

Hələlik məhkəmə R.Köçəryanla bağlı qərarını elan etməyib. Xatırladaq ki, bundan əvvəl separatçılar Köçəryanla bağlı Ermənistanın baş prokuroruna da müraciət etmişdilər.

Milli.Az