"Zirə" 9 futbolçusunu göndərdi - rəsmi

16 May 2019 21:29

"Zirə" 9 futbolçusu ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bilidirilib ki, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Zirə" Premyer Liqamızda başa çatan mövsümü 31 xalla 5-ci pillədə tamamlayıb.

Milli.Az