"Oğlum sünnət olunduqdan sonra özünü öldürüb"

16 May 2019 21:06

"Mənim üçün baş verənlər bir faciəyə çevrildi... Mən indi yox, 2015-ci ildə öldüm".

Sevimli oğlu Alex Hardy-dən gəlmiş sonuncu email Lesley Roberts üçün gözlənilməz olub.Həmin email anaya 2017-ci il, noyabrın 25-də, oğlunun intiharından 12 saat sonra çatıb.

Övladının intihar xəbərini isə Lesley-ə oğlunun emaili çatmazdan 1 saat əvvəl polis verib.

Alex 23 yaşında olub, onun ruhi sağlamlıqla bağlı problemi olmayıb. Lesley onun nə üçün intihar etmək istədiyini anlamır.

O, öz email məktubunda iki il əvvəl necə sünnət edildiyini təsvir edir. Alex yazıb ki, bu, sünnət yox, "kişi cinsi orqanının şikəst edilməsi" adlandırılmalıdır.

O, sağ olanda bu barədə ailəsi və ya dostlarına bir şey deməyib. Lesley hətta oğlunun sünnət olduğunu belə bilməyib.

O, övladının nəyə görə intihar etdiyini anlamaq üçün sünnətin nə olduğu barədə daha çox məlumat toplamağa çalışıb.

Alex-in körpəlik çağıLesley deyir ki, oğlunun 1994-cü ildə doğulmasını arzularının yerinə yetməsi kimi qəbul edib.

Presentational white space

Lesley üç oğlunun yaşca ən böyüyü olan Alex-i sonsuzluğa qarşı üç illik müalicədən sonra, 1994-cü ilin iyulunda doğub.

Alex-in 13 yaşı olanda onun bir qardaşı da doğulub. O, qardaşlarını çox sevib.

Alex məktəbdə yaxşı oxuyurmuş, ingilis dili dərsinə olan xüsusi həvəsinə görə, köhnə məktəbi təsis etdiyi Yaradıcı Yazı Mükafatı müsabiqəsinə Alex Hardy-nin adını verib.

Alex Hardy Lesley RobertsAlex Hardy ağıllı uşaq olub, məktəbdə yaxşı oxuyub.

Presentational white space

Alex uşaq yaşlarından xizək sürməyi sevib. 14 yaşında, o, məktəbdən Kanadaya xizək səyahətinə yollanıb və bu ölkəyə vurulub.

Odur ki, 18 yaşı tamam olduqdan sonra Alex universitetə daxil olmaq planlarını təxirə salaraq, bir il Kanadada yaşamağa qərar verir.

"Bir ildən sonra zəng elədi ki, universitetdə oxumağını daha bir il də təxirə salmaq istəyir, iki ildən sonra bu yenə təkrarlandı", Lesley deyir.

Beləcə, iki il üç ilə döndü, sonra dörd ilə...

Alex intihar edəndə artıq beş il imiş ki, Kanadada yaşayırdı və bu ölkədə oturum almışdı.

Alex HardyAlex idmanı, xüsusilə də xizək sürməyi çox sevib.

Lesley həm özü tək, həm də qardaşları və atalığı (Alex-in) ilə birlikdə bir neçə dəfə Kanadada oğluna baş çəkib.

Ailə üzvləri mehriban idi. Lakin Alex onlara cinsi orqanı ilə bağlı problemlərinin olmasından heç vaxt söz açmayıb.

Alex-in intiharından sonra gəlib çatmış son email-ində o yazıb ki, cinsiyyət orqanının ucunu örtən üst dərinin darlığından əziyyət çəkirmiş.

2015-ci ildə yaxınlarına bildirmədən Alex Kanadada özünü həkimə göstərir. Həkim ona hormonal məlhəm yazır, lakin bir neçə həftədən sonra Alex yenidən həkimə müraciət edir ki, məlhəmin istifadəsi nəticə vermir.

Alex-in yaşadığı problemə tibbi dildə fimoz deyilir. Fimoz - kişi cinsiyyət orqanının başcığını örtən üst dərinin və ya kәnar pülüyün dar olması halına deyilir.

Bunun nәticәsindә cinsiyyәt üzvünün başcığının pülükdәn xaricә çıxması ya çox çәtin olur, ya da heç mümkün olmur.

Pülüyün darlığı körpə uşaqlarda normal hal sayılır, oğlan uşağı böyüdükcə onun cinsiyyət orqanının pülüyü başcıqdan ayrılmağa başlayır.

Lesley CLesley deyir ki, onun oğlu Alex "bilikli, mədəni, tərbiyəli və qayğıkeş" adam olub.

Fimoz heç də həmişə problem yaratmır, lakin yaradırsa, bu, o cümlədən, sidiyə gedəndə və cinsi əlaqə zamanı özünü göstərir.

İngiltərə səhiyyə sistemində bu problem hormonal məlhəm sürtmə və pülüyün dartılması yolu ilə müalicə olunur, lakin bunlar nəticə verməyəndə, son əlac kimi sünnət tətbiq edilir.

Kanadada Alex uroloqa göndərilir.

"O, dərhal sünnət etdirməyi lazım bildi, - Alex məktubunda yazıb. - Mən dərinin dartılmasını istədim, lakin o, üzümə baxa-baxa yalan danışaraq dedi ki, bunun mənə faydası olmayacaq.

Ancaq bunu həkim dediyinə görə, həvəssiz olsam da, onun söylədiyini qəbul etməli oldum".

Oğlunun məktubunu oxuduqdan sonra Lesley həmin həkim barədə internetdə xəstələrin rəylərini axtarmağa başlayıb.

Xəstələrin çoxu bu həkimdən narazı olduqlarını yazıblar.

Alex HardyLesley oğlu Alex üçün çox darıxdığını deyir.

Presentational white space

Oxuduğu rəylərdən dəhşətə gələn Lesley həmin uroloqla bağlı araşdırmanın aparılmasını xahiş edir. Ona bildirilir ki, belə bir araşdırma aparılmaqdadır.

Britaniya Kolumbiyası Həkimlər və Cərrahlar Kolleci BBC-yə bildirib ki, "hansısa həkimdən şikayət edildiyini açıqlaya bilməz və bu, yalnız o zaman açıqlana bilər ki, həmin şikayət rəsmi araşdırmanın başlanmasına səbəb olsun".

Kömpüteri işləmədiyindən Alex-in həmin uroloq və ya sünnət əməliyyatı barədə geniş məlumat toplamaq imkanı olmayıb.

O, başqa kompüterlərdə bu məsələyə dair axtarışlar etməkdən çəkinib, dostlarıyla isə bu mövzunu müzakirə etmək üçün "həddindən çox qadağaların olduğunu" hiss edib.

Odur ki, Alex 2015-ci ildə, 21 yaşı olanda, yüngül əməliyyat saydığı sünnət əməliyyatına yazılıb.

Alex"Alex balaca qardaşını çox istəyirdi".

Presentational white space

Anasına yazdığı email-də Alex sünnətdən sonra üzləşdiyi problemlərini təsvir edərkən yazır ki, cinsi orqanının üst dərisinin pülüyü kəsildiyinə görə, penisinin başcığı paltarına sürtülür və bu ona "ağrı və işgəncə verir".

"Təsəvvür et ki, gözün qapağını kəsirlər, göz alması nə vəziyyətə düşər?" - Alex məktubunda yazıb.

"O, idmanla məşğul olmağı xoşlayırdı, təsəvvür edin, oğlum nə əzab çəkib", - Lesley deyir.

Britaniya Uroloq Cərrahlar Assosiasiyasının üzvü, mindən çox sünnət əməliyyatı keçirmiş cərrah Trevor Dorkin deyir ki, o, öz pasiyentlərini xəbərdar edir ki, sünnətdən sonra penis başcığının həssaslığı artır, lakin bir müddətdən sonra bu həssaslıq, adətən, zəifləyir.

"Əksər hallarda əməliyyat olunmuş adamlar bir müddətdən sonra bu həssaslığa öyrəşir, bu hiss onlar üçün adiləşir", o deyir.

Alex məktubunda erektil funksiyasının pozulduğunu, yanma və göynətmə hissinin ona əzab verdiyindən yazıb: sünnət zamanı onun pülüyünü başcığın dibinə birləşdirən toxuma da kəsilibmiş.

"Həmin yer ən erogen zonalardan biridir, odur ki, cinsi orqanının funksionallığına təsir göstərə bilər", - Trevor Dorkin söyləyib.

Atlanta, Georgia - 2 fevral 2019Kişi sünnəti əleyhinə etiraz kampaniyaları genişlənməkdədir.

"Oğlum sünnət olunduqdan sonra özünü öldürüb"

Alex anasına yazdığı sonuncu məktubunda sünnətdən sonra hətta qarın nahiyəsində də sancılar hiss etdiyini deyir.

Sünnətdən sonra onun cinsi əlaqəyə girib-girməməsindən Lesley-nin xəbəri yoxdur.

"Bir vaxtlar cinsi orqanım olduğu yerdə korlanmış bir əza qalıb, - Alex yazıb. - Mənim seksuallığımdan əsər-əlamət qalmayıb".

"Təbiətin yaratdığını necə kəsib doğramaq olar?", - Alex məktubunda sual edir.

Lesley Roberts and Alex Hardy in CanadaLesley oğlunun sünnət edildiyini yalnız onun intiharından sonra bilib.

Lesley etiraf edir ki, oğlunun ölümünə qədər onun da, çoxları kimi, pülük və sünnət barədə məlumatı olmayıb.

Çox vaxt pülüyə lazımsız bir dəri parçası kimi baxılır, lakin həkim Dorkin pülüyün müəyyən funksiyasının olduğunu qeyd edir. "Pülük penisin başçığını örtür və qoruyucu funksiya daşıyır", - o deyir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nigeriyada kişilərin 95 faizi sünnətlidir, Britaniyada isə sünnət olunanlar 8,5 faiz təşkil edir. Britaniyada sünnət olunan kişilərin əksəriyyəti müsəlman və ya yəhudidir.

2011-ci ilin siyahıyaalma rəqəmlərinə əsasən, İngiltərə və Uels əhalisinin 4,8 faizi müsəlmandır, yəhudilər 0,5 faiz təşkil edir.

Alex-in yaşadığı Kanadada, təxminlərə görə, kişilərin 32 faizi sünnət olunub.

Lesley, Alex vəonun kiçik qardaşlarından biriAlex Lesley-nin üç oğlundan ən böyüyü idi.

Kişi sünnətindən fərqli olaraq, qadın sünnəti bir çox ölkələrdə qanunla qadağandır və ingiliscə "qadın cinsiyyət orqanının şikəst edilməsi" kimi tərcümə olunur.

Alex yazıb ki, eyni yanaşma kişi sünnətinə də tətbiq olunmalıdır.

"Mən (Qərbdə yaşayan) qadın olsaydım, bu cür əməliyyat cinayət sayılacaqdı və həkimlər bu cür əməliyyatdan keçməyi heç vaxt təklif etməzdilər", - o qeyd edib.

"Cinsiyyət orqanına sərbəstlik" kampaniyasının fəalları hesab edirlər ki, uşağı - qız və ya oğlan olsun, fərqi yoxdur - sünnət etdirmək düzgün deyil, çünki uşağın buna razılıq verməsi mümkünsüzdür və beləliklə, bu halda insan haqları pozuntusuna yol verilir.

Uşaq sünnət olunurSünnətə etiraz kampaniyasının fəalları qeyd edirlər ki, uşağı sünnət etmək düzgün deyil, çünki o, nəyin baş verdiyini anlamır və onun bu əməliyyat üçün razılığını almaq mümkün deyil.

21 yaşınadək sünnətsiz yaşamış Alex hesab edir ki, uşaq yaşlarında sünnət olunmuş kişilər "nədən məhrum edildiklərini heç vaxt anlamaq imkanında olmayacaqlar".

Özünə qaldıqda isə, hesab edir ki, sünnətdən sonra penisi hissiyyatının 75 faizini itirib.

Yetkin yaşlarında sünnət olunmuş kişilərin əməliyyatın təsiri barədə rəyləri fərqlənir.

Bəziləri sünnətdən sonra seksual həyatın yüngülləşdiyini deyir, çünki dar pülüyün yaratdığı ağrı hissi yox olur.

Bəziləri seksuallıq hissinin zəiflədiyindən və cinsi əlaqədən əvvəlki kimi ləzzət almadıqlarından gileylənir.

Digərləri seksuallığın zəiflədiyini qeyd etsə də, bunun cinsi əlaqədən alınan zövqə heç cür təsir etmədiyini qeyd edirlər.

Elələri də var ki, sünnət etdirmək qərarından çox razı olduqlarını deyir. Digərləri isə Alex kimi, əksinə, dərin narazılıq hissi keçirirlər.

Alex 21 yaşı tamam olanda anası ilə balinalar tamaşasına baxmağa gedib.Alex 21 yaşı tamam olanda anası ilə balinalar tamaşasına baxmağa gedib.

Alex sünnətdən sonra ailəsi ilə öz problemini bölüşməyib.

"Son iki ildə onun nədənsə narahat olduğunu hiss etmədiyimi desəm, yalan demiş olaram. Ondan soruşurdum ki, səni narahat edən nədir? Cavab verirdi ki, hər şey qaydasındadır, məni arxayın edirdi", Lesley deyir.

Vaxtilə müəllim işləmiş Lesley indi məktəbləri gəzərək gənc oğlanları, onları narahat edən şəxsi problemləri barədə açıq söhbətə dəvət etmək barədə düşünür.

Trevor Dorkin qeyd edir ki, sünnətdən sonra ciddi problemlərin yaranması nadir hal sayılsa da bəzən baş verir.

"Bəzən belə əməliyyatlar çox bacarıqsız keçirilir və hətta penisin başcığı da zədələnir", - o bildirir.

Bəzən də dəri həddindən çox kəsildiyi üçün penis qısalır, bədənə çəkilir.

"Cərrah adi insandır, insanlar isə bəzən əməliyyat zamanı texniki səhvə yol verə bilərlər", - Dorkin vurğulayır. "Hər cərrahiyyə əməliyyatı digərindən fərqli keçir, əvvəlcədən əməliyyatın necə keçəcəyini bilmək olmur", o əlavə edir.

Elə əməliyyatlar da olub ki, sünnətdən sonra uşaq və ya kişi qanaxmadan ölüb.

Manchester-də dörd həftəlik körpə Goodluck Caubergs sünnət əməliyyatından sonra qanaxmadan ölüb, bir aylıq Angelo Ofori-Mintah isə sünnət olunduqdan sonra vəfat edib.

Cənubi Amerikada 1995 ildən bəri sünnət əməliyyatından sonra 1100 oğlan ölüb.

Bəzi hallarda penisə infeksiya düşdüyündən, penis çürüyüb düşüb, digər hallarda isə penis amputasiya olunub.

Kanadada, Ontario şəhərində yeni doğulmuş körpə Ryan Heydari sünnət olunduqdan sonra qanaxmadan ölüb.

İtaliyada, xəbərlərə görə, ev şəraitində sünnət olunan iki uşaq əməliyyatdan bir neçə həftə sonra ölüb, daha bir uşaq - ikiyaşlı oğlan - İtaliyadakı miqrant düşərgəsində sünnət edildikdən sonra ölüb.

"Sünnətin həmişə pis nəticə verdiyini iddia edə bilmərəm, lakin mənim oğlum üçün bunun nəticəsi pis oldu", - Lesley deyir.

Həkim Trevor Dorkin hesab edir ki, yeniyetmə və ya yetkin yaşlarında adam sünnət olunursa, onu mümkün fəsadlar barədə mütləq xəbərdar etmək lazımdır.

"Yeniyetmə və yetkinlik yaşına çatan oğlanlar üçün cinsiyyət funksiyası olduqca vacib olur, odur ki, sünnətin mümkün riskləri onlara bildirilməlidir", o vurğulayır.

"Alex deyib ki, ona əməliyyatın riskləri barədə xəbərdarlıq edilməmişdi", deyən Lesley hesab edir ki, "oğluna xəbərdarlıq edilsəydi, o bu əməliyyata getməzdi".

Britaniyanın "15 Square" xeyriyyə təşkilatı insanları sünnətin fəsadları barədə maarifləndirməyə çalışır.

Təşkilatın rəhbəri David Smith deyir ki, Alex sünnətdən sonra özünü öldürmüş yeganə kişi deyil: "Bu cür hallar təsəvvür edə bildiyimizdən daha tez-tez baş verir".

Sünnətdən sonra özünü öldürmüş kişilərin statistikası aparılmır.

Alex özünü bir il bundan əvvəl öldürüb, lakin son zamanlaradək onun əhvalatı heç kimə məlum olmayıb.

Lesley oğlunun əhvalatını başqaları ilə yalnız ona görə bölüşür ki, bu, onun oğlunun ölümqabağı arzusu olub.

"Mənə bu məsələni qaldırmaq asan deyil, əgər mənim əhvalatım cəmiyyətdə kişilərin sağlamlığı ilə bağlı qadağa sayılan mövzuları müzakirə etməyə imkan verəcəksə, mən vəzifəmi yerinə yetmiş sayacağam, Lesley deyir. "Əziz oğlum üçün əlimdən gələni edirəm", o əlavə edir.

Milli.Az