İşə qəbul üçün keçirilən üz-üzə müsahibədə yaxşı çıxış etməyin yolu

16 May 2019 21:02

Arzuladığınız iş yerinə qəbul olunmaq asan olmayan bir vəzifəyə çevrilə bilər.

İş yerləri təklif edən böyük və kiçik şirkətlər sürətlə dəyişən biznes aləminin tərkib hissəsidir.

Lakin işəgötürmə prosesinin mühüm bir mərhələsi var: işəgötürmə müsahibəsi.

"Bu, hələ də işəgötürmə prosesinin mühüm hissəsi sayılır", - Lloyds Banking Group-un eksperti Jen Tippin deyir.

O hesab edir ki, bir nəfər və ya bir qrup şəxs qarşısında suallara cavab vermək qabiliyyəti onun iş karyerasına həlledici dərəcədə müsbət və ya mənfi təsir göstərə bilər.

Odur ki, inamsızlıq anlarının və ya qalstukunuzun düzgün bağlanmamasının sizin karyera gələcəyinizi dağıtmasına imkan verməyin.

Müsahibənin yaxşı alınması üçün aşağıdakı məsləhətlər faydalı ola bilər:

1. Axtarış aparın

GəncMüsahibədən əvvəl hazırlıq işi görmək gərəkdir.

Sualları kimin verəcəyini müəyyən edin və onun haqqında mümkün qədər çox məlumat öyrənməyə çalışın.

Şirkətin fəaliyyət istiqamətini diqqətlə öyrənin: Biznesi nədir? İllik dövriyyəsinin həcmi nə qədərdir? Şirkətin başçısı kimdir? Fəaliyyət göstərdiyi sahədə hansı nüfuza malikdir? Şirkətin əsas rəqibləri kimdir?

Məlumat toplamağa şirkətin vebsaytından başlamaq olar.

Qeydlər aparın, adları öyrənin, sizin biliyinizi göstərə bilən suallar hazırlayın.

2. Məşq edin

MüsahibəMüsahibədən əvvəl dostlarınızla məşq edə bilərsiniz.

Sizə verilə bilən sualları hazırlayın və onlara cavab tapmağı çalışın.

Bir çox saytlar klassik müsahibə suallarını təklif edir, odur ki, siz qarşılaşa biləcəyiniz suallar barədə təsəvvür əldə edə bilərsiniz.

Cavablarınızı hazırlayanda bacarığınızı göstərən konkret misallar hazırlayın.

Sizin keçmiş nailiyyətləriniz və təcrübəniz barədə dedikləriniz sizin köhnə işinizdə hansı dəyəri təmin etdiyinizi və görəcəyiniz yeni işə hansı dəyəri əlavə edəcəyinizi göstərməlidir.

3. Geyiminizə fikir verin

Kostyum və qalstukdan sizə heç bir zərər gəlməz.Kostyum və qalstukdan sizə heç bir zərər gəlməz.

İlk təəssürat mühüm ola bilər: bəzi potensial işverənlər təəssüratlarını ilk 30 saniyədə formalaşdırırlar - müsahibə zamanı siz özünüzü çox yaxşı göstərə bilərsiniz, lakin geyiminiz həmsöhbətlərinizin xoşuna gəlməyibsə sizin səyləriniz nəticə verməyə bilər.

İşəgötürmə üzrə keçmiş ekspert Virginia Eastman media şirkətinə rəhbərlik etməyə ərizə verən bir kişinin müsahibəyə gəlməsini xatırlayır: "Onun ağzından və özündən gələn qoxu otağa ondan üç dəqiqə əvvəl daxil oldu".

"Əyin-başı çox pis idi: taykeş corablar, pencəyinin ətəyinə düşmüş yemək izi... başının əcaib daranması".

Onun müsabiqədən keçməyəcəyi aydın idi.

Şirkətdə geyim qaydaları sərbəst olsa da komissiya üzvləri müsahibəyə cins şalvarda gələcəyinizi gözləmirlər.

İşəgötürmə üzrə ekspertlər müsahibəyə klassik üsluba yaxın olan paltarda və ya kostyum və qalstukda gəlməyi məsləhət görürlər.

Daha çox qeryi-rəsmi səciyyə daşıyan müsahibələrə təmiz ağ köynək və şalvarda və ya ətəkdə gəlmək məsləhətdir.

Müsahibəyə geyinib gedəcəyiniz paltarı axşamdan ütüləyin və müsahibəyə yollanarkən avtobusda tomat şorbası yeməyin.

4. Əlsıxma bərk olmalıdır

ƏlsıxmaSizin əlsıxmanızın son nəticəyə təsiri ola bilər, odur ki, müsahibədən əvvəl düzgün əl sıxmağı öyrənin.

Bəzən bunu unuduruq, lakin potensial işverəndə sizin haqqınızda rəy sizin əlsıxmanızın gücü əsasında formalaşa bilər.

Ən azı siz otağa daxil olanda ilk hərəkətiniz əlsıxmadan başlayır.

Əlsıxmanın bərkliyi sizin özünüzə inamınızdan, hər şeyin nəzarətinizdə olduğundan və peşəkarlığınızdan xəbər verir.

Həddindən bərk əlsıxmanız sizin aqressiv və ağalıq etmək həvəsində olduğunuz təsəvvürünü yarada bilər.

Əlsıxmanız həddindən artıq yumşaq olsa bu sizin yumşaq adam olduğunuz təsəvvürü yarada bilər.

Müsahibə zamanı fiziki kontakta girdiyiniz şəxslərlə baxışlarla da bölüşməyi unutmayın.

Cibinizdə dəsmalın olması strateji bir məsələdir - tərli əli sıxmağı heç kim xoşlamır.

5. Gülümsəyin!

Müsahibə"Burada olduğuma çox şadam!"

Gülüş universal ünsiyyət dilidir, siz bununla sanki deyirsiniz ki, "burada olmağıma şadam, mən yaxşı adamam".

Odur ki, otağa gülə-gülə daxil olun və müsahibə zamanı mümkün qədər çox gülümsəməyə çalışın.

Bu xal toplamağın ən asan yoludur!

Eləcə də görüş zamanı dik oturmağı və belinizi bükməməyi yaddan çıxarmayın.

6. Özünüzü itirməyin

Müsahibədən əvvəlMüsahibədən əvvəl həyəcanınızı yatızdırın, özünüzü sakitləşdirin.

Adrenalin sizin özünüzü yaxşı göstərməməyinizə də səbəb ola bilər, həm də... uğursuzluğunuza səbəb ola bilər.

Sizin həyəcanlı olmanız keçirdiyiniz bütün hazırlığınızın üstündən xətt çəkə bilər, əllərinizi tərlədə, ürəyinizi isə bulandıra bilər.

Həyəcanlandığınızı görəndə çalışın özünüzü sakitləşdirin, nəfəsinizi sabitləşdirin, müsahibəyə yollanarkən hətta meditasiya da edə bilərsiniz.

Adrenalinimizi cilovlaya bilsək o, müsahibə zamanı bizə olduqca kömək edə bilər.

7. Xarizmatik olun

MüsahibəMüsahibə özünüzün ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirmək imkanıdır

"Üz-üzə keçirilən müsahibələr sizə xarizmanızı nümayiş etdirməyə, təklif olunan vəzifədə işləməyə nə qədər həvəsli olduğunuzu göstərməyə imkan verir", - kiçik inşaat şirkətinin sahibi Dermot Rooney deyir.

Müsahibəyə girməzdən əvvəl əsas keyfiyyətlərinizin nədən ibarət olduğunu beyninizdə sadalayın.

Müsahibəni öz şəxsiyyətinizi və xarizmanızı nümayiş etdirmək imkanı kimi qiymətləndirin.

İstədiyiniz işi nə qədər çox sevdiyinizi və həmin işi necə həvəslə görəcəyinizi təkrar etməkdən çəkinməyin.

Bununla siz özünüzü digər namizədlərdən fərqləndirə bilərsiniz.

8. Tempi itirməyin

MsahibəMsahibə zamanı ruhdan düşməyin - əvvəldən axıradək suallara cavab verməyə çalışın.

Hətta sizə elə gəlsə ki, müsahibənin sizin üçün müsbət olacağına heç bir şans yoxdur, suallara cavab verməyə davam edin.

Sizə elə gələ bilər ki, panel iştirakçıları sizi bəyənmir, lakin bu, aldadıcı hiss ola bilər.

Sizin növbəti cavabınız onların gözlədiyi cavab ola bilər, odur ki, müsahibədə iştirakınızı və suallara cavab verməyi davam etdirin.

Siz buna qadirsiniz!

Milli.Az