Birincilik Alsunun qızının əlindən alındı

16 May 2019 17:50

Rusiyanın birinci kanalı "Səs uşaqlar- 2019" mahnı müsabiqəsinin nəticələrini ləğv edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dövlət televiziyasının yaydığı bəyanatda qeyd olunub. 

Bildirilib ki, Rusiya estrada ulduzu Alsunun qızı Mikelanın qalibiyyəti əlindən alınıb.

Bundan əlavə, vurğlanıb ki, səslərin nəticələrinin yoxlanılması kimisə məsuliyyətə cəlb etmək məqsədi daşımır. 

Milli.Az