Bakıda 39 yaşlı kişi özünü öldürdü

16 May 2019 15:14

Bakıda intihar olub.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Bayramzadə İsmayıl İbrahim oğlu bağ sahəsində özünü ağacdan asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az