Zidandan radikal qərar: 15 futbolçunu göndərir

16 May 2019 18:25

"Real" yayda heyətinin demək olar ki, yarısını yeniləməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rəhbərlik 15 futbolçusunu satmağı planlaşdırır.

"Real"ın baş məşqçisi Zinəddin Zidan Keylor Navas, Serxio Reqilon, Xesus Valyeho, Teo Ernandes, Dani Sebalyos, Xames Rodriqes, Martin Edeqor, Barim Dias, İsko, Markos Llorente, Mateo Kovaçiç, Oskar Rodriqes, Qaret Beyl, Borxa Mayoral  və Raul De Toması yeni mövsüm komandasında görmək istəmir.

Adları qeyd olunanlardan bəziləri hazırda başqa klublarda icarədə olan oyunçuların yay transfer pəncərəsinə satışa çıxarılacağı gözlənilir.

Milli.Az