Tünzalənin xəstəxanadan görüntüsü yayıldı - VİDEO

16 May 2019 13:29

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan görüntüsünü yayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xərçəngdən əziyyət çəkən aktrisa müalicəyə başladığını bildirib. O, artıq kimyaterapiya qəbul etdiyini deyib.

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uşaqlıq borusunun xərçəngindən əziyyət çəkirdi. Bir neçə gün əvvəl halı pisləşən Tünzalə yenidən xəstəxanaya yerləşdirilib. O, xəstəliyin qayıtdığını, şişin boğazına qədər gəlib çıxdığını bildirib.

Milli.Az