Polis Bakıda əməliyyat keçirdi: heroin alverçisi ələ keçdi

16 May 2019 13:43

Bakıda narkotik alverçisi yaxalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə rayon ərazisində əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunmuş rayon sakini, 1975-ci il təvəllüdlü Şahin Soltanov saxlanılıb. Baxış zamanı ondan 210 qram heroin və 450 qram marixuana götürülüb.

Milli.Az