Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olub

16 May 2019 12:53

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olub.

Milli.Az