ABŞ-da kiberhücumlarla bağlı fövqəladə vəziyyət elan edildi

16 May 2019 10:13

ABŞ prezidenti Donald Tramp ölkənin kompüter şəbəkələrini "xarici təxribatlardan" qorumaq üçün fövqəladə vəziyyət elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat verir.

Ağ Ev rəhbərinin imzaladığı fərmana görə, ABŞ şirkətlərinin milli təhlükəsizliyə risk yaradan telekommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulub.

Fərmanda konkret şirkətlərin adları açıqlanmasa da, ekspertlər başlıca olaraq Çinin "Huawei" şirkətinin hədəfə alındığını iddia edir.

Milli.Az