Korsikaya güclü qar yağıb - VİDEO

16 May 2019 09:27

Fransanın Korsika adasına güclü qar yağıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dağlarda qar örtüyünün 5 santimetrə qədər çatacağı gözlənilir.

Qar yağması nəticəsində Ayaçço və Bastiya şəhərlərini əlaqələndirən Vitsavona aşırımı bir neçə saat ərzində nəqliyyatın hərəkəti üçün bağlı olub.

Təbiət möcüzəsinin nəticələrini aradan qaldırılmaq üçün qartəmizləyən texnika cəlb edilib.

Milli.Az