Ronaldu fələstinlilərə Ramazan hədiyyəsi etdi

16 May 2019 08:18

"Juventus"un futbolçusu Kriştianu Ronaldu Ramazan ayı münasibəti ilə fələstinlilərə 1,5 milyon dollar bağışlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məbləğ ehtiyacı olan müsəlmanlara yönəldiləcək.

Portuqaliyalı ulduz önce də fələstinlilərə yardım göstərib. Belə ki, 2012-ci ildə "Qızıl butsu"nu xərraca çıxaran futbolçu, qazandığı 1,5 milyon avronu Qəza zolağında yerləşən məktəbə və onun şagirdlərinə hədiyyə edib.

Milli.Az