Ayın ölçüləri kiçilir və bu böyük zəlzələlərə səbəb olacaq

16 May 2019 08:53

Araşdırmalar nəticəsində məlum olub ki, yerin təbii peyki olan Ayın ölçüləri müntəzəm olaraq kiçilməkdədir. Milyon illər ərzində ayın sahəsi 45 metr kiçilib. Bu barədə Nature Geoscience məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alimlər 1960-1970-ci illərdə Aydakı dəyişiklikləri qeydə alan seysmoqrafların məlumatlarını 2010-cu ilin geoloji xəritələri ilə müqayisə etdikdən sonra belə qərara gəliblər.

Həmçinin qeyd edilib ki, Ayda seysmik aktivlik fəaliyyətini davam etdirir. Bunun nəticəsində Ayın nüvəsi soyuyur və peyk sıxılır. Bu fenomen Ayda yeni  böyük zəlzələlərin və böyük çatların yaranmasına gətirir.

Qeyd edək ki, Ay Yer kürəsinə müəyyən dərəcədə təsir gücünə malikdir və bu təlatümlər Yerdə də öz əksini tapa bilər.

Milli.Az