Herrera PSJ-yə keçir

15 May 2019 23:48

Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağını açıqlayan Ander Herrera karyerasını Fransada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, PSJ, 29 yaşlı yarımmüdafiəçiylə razılıq əldə edib. Herrera Paris təmsilçisiylə 4 illik müqavilə imzalayacaq.

İspaniyalı yarımmüdafiəçi yeni sözləşməylə PSJ-də həftəlik 345 min avro qazanacaq. Herrera PSJ-yə azad agent kimi keçəcək.

Milli.Az