"RAEX-Avropa" Azərbaycana yüksək kredit reytinqi verib

15 May 2019 23:34

"RAEX-Avropa" Azərbaycana milli və xarici valyutada "BB +" (hökumətin ödəmə qabiliyyətinin kifayət qədər səviyyəsi) suveren kredit reytinqini verib.

Trend-in "RAEX-Avrop" agentliyinə istinadən verdiyi məlumata görə, reytinq üzrə proqnoz sabitdir, bu da o deməkdir ki, orta müddətdə reytinqin saxlanılması ehtimalı yüksəkdir.

Proqnoza görə, Azərbaycana verilmiş "BB +" suveren kredit reytinqləri, yığılmış milli ehtiyatların əhəmiyyətli miqdarında dəstəklənən güclü büdcə mövqeyinə görə kifayət qədər kredit qabiliyyətini əks etdirir.

Bundan əlavə, əlverişli neft qiymətləri ticarət balansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və yerli valyutanı sabitləşdirib.

"RAEX-Avropa"nın reytinq analitiki Elena Kolokolova bildirib ki, "Sabit" proqnozu reytinqin orta müddətdə eyni səviyyədə qalacağını ehtimal edir.

Milli.Az