"Roma" De Rossiyə müqavilə təklif edib

15 May 2019 23:30

Cari mövsümün sonunda Daniele De Rossi ilə yollarını ayıracaq "Roma"dan açıqlama gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi Quido Fienqa, futbolçuya "Roma"da işləməklə bağlı müqavilə təklif olunduğunu deyib:

"Bazar ertəsi Danieleylə görüşdüm, ona klubun qərarını açıqladım. Rəhbərlik səviyyəsində olan fikir dəyişikliyi səbəbiylə onunla davam etmək istəmədilər. Amma şəxsi olaraq, onun kimi birinin gələcəkdə "Roma"nın baş məşqçisi və ya rəsmisi olmasını istəyərəm. Futbolçu olaraq deyil, idarəçi olaraq onun kimi futbol dünyasından gələn bir insana ehtiyacımız var. De Rossiyə müddətsiz müqavilə təklif etdik. Ondan bizimlə birlikdə "Roma"nı daha yaxşı klub etməsini istəyirik. Tez, ya da gec, Daniele bu vəzifəyə gələcək".

Milli.Az