Xəstənin Ramazan ayının gündüzündə sağalması

18 May 2019 21:40

Əgər xəstə şəxs Ramazan ayının gündüzündə sağalarsa, oruc niyyəti etməsi və həmin günü oruc tutması vacib deyldir. Amma əgər o, zöhrdən qabaq sağalarsa və orucu batil edən bir işi yerinə yetirməmiş olarsa, ehtiyat-müstəhəbə görə oruc niyyəti etməli və oruc tutmalıdır. Ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır.

Milli.Az