Qrizmannın transferi 2 klubun büdcəsinə xeyir edəcək

15 May 2019 23:00

"Atletiko" ötən gün hücumçusu Antuan Qrizmannla yollarını ayıracağını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı forvard karyerasını "Barselona"da davam etdirəcək.

"Katalonlar" keçidi iyul ayında açıqlamalı olacaq. Çünki hazırda sərbəst qalma məbləği 200 milyon avro olan ulduz futbolçunun qiyməti iyulun 1-də 120 milyona düşəcək. "Barsa" da onu 120 milyon avroya alacaq. Bu transferdən gəlir əldə edəcək digər komanda isə "Real Sosyedad" olacaq. Belə ki, məbləğin 20 faizi (24 milyon avro) San Sebastyan klubunun büdcəsinə köçürüləcək.

Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"ya 2014-cü ildə məhz "Real Sosyedad"dan keçib.

Milli.Az